Təlim zamanı iştirakçılar aşağıdakı əsas mövzular üzrə məlumatlandırıldılar:
- Tender menecmenti nədir və niyə vacibdir?
- Tender prosesində iştirak edən əsas tərəflər və vəzifə bölgüsü
- 8 mərhələdən ibarət effektiv tender prosesinin addım-addım izahı
- Dövlət satınalmaları haqqında qanunun əsas müddəaları və diqqət yetirilməli məqamlar
- Praktik nümunələr və real tender sənədləri üzərində iş
Təlim hüquqşünaslar, satınalma üzrə mütəxəssislər, maliyyə və menecment sahəsində çalışan şəxslər üçün nəzərdə tutulmuşdu. Sessiyalar interaktiv şəkildə təşkil olunaraq, iştirakçıların sualları cavablandırıldı və real case-lər əsasında müzakirələr aparıldı.
CSS Consulting olaraq inanırıq ki, belə maarifləndirici və praktik təlimlər biznes sektorunda şəffaflıq, rəqabətlilik və hüquqi düzgünlüyün təmin olunmasında mühüm rol oynayır.
Gələcək təlimlərdə iştirak etmək və ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın:
Qeydiyyat: https://az-css.com/xidmetlerimiz/tlimlr-v-dvlt-satnalmalar