Loading...

Bloqlar

Jul 08, 2025

Cənubi Qafqaz Boru Kəməri Layihəsi - Dövlət Əhəmiyyətli Layihədə Uğurlu İştirak

Dörd il ərzində şirkətimiz bu layihədə işçi təminatı, işəgötürmə proseslərinin idarə olunması və təlim xidmətləri sahələrində etibarlı tərəfdaş kimi fəaliyyət göstərmişdir. Layihənin miqyası və dövlət əhəmiyyətli statusu bizə yüksək məsuliyyət və peşəkarlıq tələb edən bir mühit yaratdı və CSS komandası bu çağırışların öhdəsindən uğurla gəldi.

Cənubi Qafqaz Boru Kəməri haqqında qısa məlumat:

CQBK Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən təbii qazın Gürcüstan və Türkiyə vasitəsilə beynəlxalq bazarlara çatdırılması məqsədilə inşa edilmiş mühüm enerji layihəsidir. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq, Gürcüstan ərazisindən keçərək Türkiyə sərhədinədək uzanır və Türkiyənin daxili qazpaylama sisteminə birləşdirilir. Layihə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə paralel marşrut üzrə həyata keçirilmişdir.

CSS-in layihədəki rolu nə idi?

Bu kompleks layihənin uğurla həyata keçirilməsi üçün lazım olan insan resurslarının təmin edilməsi, düzgün və vaxtında işə qəbul proseslərinin təşkili, həmçinin işçi heyətinin peşəkar hazırlığı bizim əsas öhdəliklərimizdən oldu. Təqdim etdiyimiz xidmətlər sayəsində layihədə fəaliyyət göstərən əməkdaşların səmərəliliyi və uyğunluğu təmin edildi.

CSS konsaltinq MMC olaraq, bu cür irimiqyaslı və dövlət əhəmiyyətli layihədə iştirakımızı şirkət tariximizdə strateji uğurlardan biri hesab edirik. Dörd il ərzində göstərdiyimiz xidmətlərin keyfiyyəti və layihənin uğurla tamamlanması komandamızın peşəkarlığını və etibarlılığını bir daha sübut etdi.

Gələcəkdə də ölkə iqtisadiyyatı və infrastrukturu üçün əhəmiyyətli olan layihələrdə iştirak etmək və dəyər yaratmaq niyyətindəyik.

##cssconsulting
##enerjilayihələri
##işçitəminatı
##cqbk
##dövlətlayihəsi