Loading...

Bloqlar

Nov 25, 2025

Biznesdə Hüquqi Risklər Təlimi – Bakı KOB Evi ilə əməkdaşlıq

Müasir biznes mühitində hüquqi risklərin vaxtında müəyyən edilməsi və düzgün idarə olunması şirkətlərin təhlükəsiz və davamlı fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biridir. Müqavilələrin düzgün tərtib olunmaması, vergi öhdəliklərinin pozulması, əmək münasibətlərində uyğunsuzluqlar və digər hüquqi məsələlər biznes üçün ciddi risklər yarada bilər. Bu səbəbdən biznes sahiblərinin hüquqi biliklərə yiyələnməsi olduqca önəmlidir.

 

Təlim haqqında ümumi məlumat

Təlimçi:
Hüquqşünas Nuridə İbrahimova

Təşkilatçı Tərəfdaş:
Bakı KOBİ Evi

Təlimin adı:
“Biznesdə Hüquqi Risklər”

Tarix:
21 Noyabr

Bu əməkdaşlıq çərçivəsində keçirilən təlimdə əsas məqsəd sahibkarlara və biznes nümayəndələrinə hüquqi risklərin mahiyyətini izah etmək, onları qarşısının alınması üçün praktik yanaşmalar təqdim etmək idi.

 

Təlimdə iştirakçılar hansı bilikləri əldə etdilər?

1. Hüquqi Risklərin Müəyyənləşdirilməsi
İştirakçılar biznesdə yarana biləcək risk növləri, ən çox yayılmış hüquqi problemlər və onların səbəbləri haqqında məlumat əldə etdilər.

2. Müqavilə Risklərinin İdarə Edilməsi
Müqavilələrin düzgün tərtib edilməsi, hüquqi cəhətdən etibarlı şərtlərin təmin edilməsi və risklərin minimuma endirilməsi üsulları izah edildi.

3. Əmək Münasibətlərində Hüquqi Tələblər
Əmək müqavilələri, işə qəbul prosedurları, işdən çıxarılma qaydaları və onların hüquqi nəticələri müzakirə edildi.

4. Vergi və Korporativ Risklər
Korporativ idarəetmə zamanı vergi pozuntuları və yaranan risklərlə bağlı praktik nümunələr təqdim edildi.

 

Bakı KOB Evi ilə əməkdaşlıqda keçirilən bu təlim biznes mühitində hüquqi maarifləndirmənin artırılması istiqamətində mühüm addım oldu. Şirkətlərin hüquqi təhlükəsizliyinin təmin edilməsi üçün belə təlimlər davamlı şəkildə həyata keçiriləcəkdir.