17 yanvar tarixində Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Hüquqi şəxsin ləğvi” mövzusunda növbəti təlim uğurla baş tutmuşdur.
Təlim çərçivəsində hüquqi şəxsin ləğvi prosesinin hüquqi əsasları, mərhələləri, praktiki tətbiqi, eləcə də bu sahədə rast gəlinən risklər və hüquqi məsuliyyət məsələləri ətraflı şəkildə izah edilmişdir. İştirakçılara mövzu ilə bağlı aktual qanunvericilik tələbləri və real praktiki nümunələr təqdim olunmuşdur.
Təlim interaktiv formatda keçirilmiş, iştirakçıların sualları cavablandırılmış və mövzu üzrə praktik biliklərin artırılmasına xüsusi diqqət yetirilmişdir.
Təlimin təlimçiləri CSS MMC-nin direktoru, vəkil Nuridə İbrahimova və CSS MMC-nin baş hüquqşünası, vəkil Səma Əhmədova olmuşdur.
Vəkillər Kollegiyası Akademiyası tərəfindən təşkil olunan bu kimi təlimlər hüquq mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasına, eləcə də peşəkar inkişafın davamlı şəkildə dəstəklənməsinə xidmət edir.