Hüquq və Qiymətləndirmədə 10+ illik təcrübə
01
CSS Consulting Company olaraq, əmək, vergi və kommersiya sahələrində şirkətlərin xeyrinə çıxarılan yüzlərlə məhkəmə qərarına imza atmışıq!
02
03
CSS Consulting MMC, Əmək bazarının real ehtiyaclarına cavab verən, əmlak sahəsində peşəkar qiymətləndirmə xidmətləri təklif edir. Biz müştərilərimizə daşınar və daşınmaz əmlakın obyektiv, ədalətli və qanunvericiliyin tələblərinə tam uyğun qiymətləndirilməsini təmin edirik. Qiymətləndirmə prosesi "Qiymətləndirmə haqqında" Qanun, Beynəlxalq Qiymətləndirmə Standartları (IVS) və yerli tətbiqlərə uyğun olaraq icra edilir. Qiymətləndirmə rəylərimiz banklar, dövlət orqanları, məhkəmələr və audit qurumları tərəfindən rəsmi şəkildə tanınır. ________________________________________ Daşınmaz Əmlaqların Qiymətləndirilməsi CSS Consulting tərəfindən qiymətləndirilməsi aparılan başlica daşınmaz əmlak kateqoriyaları: • Yaşayış mənzilləri və həyat evləri • Torpaq sahələri (tikinti və aqrar) • Ticarət obyektləri (mağaza, ofis, salon) • Anbar və istehsalat məsəsələri • Qeyri-yaşayış tikililəri Tətbiq sahələri: • Alqı-satqıdan əvvəl qiymət mùəyyənləşdirilmə • Bank ipotekası və ya kredit girovu • Sığorta əməliyyatları • Məhkəmə prosesləri • Vərəsəlik və hədiyyə şərtləri ________________________________________ Daşınar Əmlaqların Qiymətləndirilməsi CSS Consulting daşınar əmlak kateqoriyaları üzrə aşağıdakı qiymətləndirmə xidmətlərini təklif edir: • Avtomobillər, yük və sürünən texnika • Maşın və istehsal avadanlıqları • Ofis, ticarət və tibbi avadanlıqlar • Kommersiya təyinatlı daşınar aktivlər Tətbiq sahələri: • Satışdan əvvəl bazar dəyərinin müyyən edilməsi • Sığortalanma üçün obyektiv qiymət • Girov qoyma, lizinq, mübahisə halları • Aktiv bölgüsü (boşanma, vərəsəlik) ________________________________________ Kimlər ücün Uyğundur? • Fiziki şəxslər (satışdan əvvəl dəyər öyrənmək istəyənlər) • Sahibkar və biznes sahibləri (aktiv portfelin qiymətləndirilməsi) • Bank və kredit təşkilatları (girov obyektlərinin rəy qiyməti) • Sığorta şirkətləri (risk qiymətləndirməsi) • Qeyri-rezident şəxslər (bazar şəffaflığını yoxlamaq ücün)
04
İşçi qüvvəsinin idarə olunması və inkişafı üçün risklərin müəyyənləşdirilməsi, sosial sığorta və əmək qanunvericiliyinə uyğunluq xidmətləri təqdim edirik. Peşəkar təlimlər və karyera inkişafı üzrə məsləhətlər işçilərin motivasiyasını artırır və təşkilatın effektivliyini yüksəldir.
05
Maliyyə hesabatlarının hazırlanması, vergi bəyannamələrinin tərtibi və daxili audit xidmətləri göstəririk. İşçilərin əmək haqlarının hesablanması və ödənişlərin düzgün həyata keçirilməsi də peşəkar şəkildə təmin edilir.
06
Müştərilərimizə maliyyə vəziyyətinin təhlili, büdcə planlaşdırılması və investisiya strategiyalarının hazırlanması sahəsində dəstək veririk. Vergi planlaması və maliyyə risklərinin idarə olunması üzrə məsləhətlərimizlə biznesinizin dayanıqlığını artırırıq.
07
Təşkilatın və işçilərin təlim ehtiyaclarını araşdırır, uyğun proqramlar hazırlayırıq. Karyera inkişafına dəstək və peşəkar bacarıqların artırılması üçün məsləhətlər veririk. Eyni zamanda, dövlət satınalmaları üzrə hüquqi məsləhətlər və prosesin effektiv idarə olunması xidmətləri təqdim olunur.