Loading...

Bloqlar

Sep 22, 2025

Aliment haqqında ən çox verilən suallar

Statistikaya əsasən, Azərbaycanda boşanmaların sayı ildən-ilə artır. Boşanma zamanı tərəfləri ən çox maraqlandıran mövzulardan biri də alimentdir. Valideynlər alimentin hansı şərtlərlə ödənildiyini, məbləğin necə hesablandığını və ödənilmədiyi halda hansı tədbirlərin görüləcəyini öyrənmək istəyirlər.

Bu yazıda alimentin ödənilməsi qaydaları, boşanma zamanı və evlilik dövründə aliment tələb etmək hüququ barədə ətraflı məlumat əldə edəcəksiniz.

 

Aliment nədir və kim ödəməlidir?

Azərbaycan qanunvericiliyinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu öhdəlik yalnız bir valideynin deyil, hər iki tərəfin üzərinə düşür. Hətta nikah dövründə belə, əgər valideynlərdən biri uşağın ehtiyaclarını qarşılamırsa, digər tərəf məhkəməyə müraciət edərək aliment tələb edə bilər.

📌 Qeyd: Aliment yalnız anaların deyil, həm də ataların tələb edə biləcəyi hüquqi bir ödənişdir. Qanun qarşısında qadın və kişi hüquqları bərabərdir.

 

Boşanma zamanı aliment məbləği necə müəyyən edilir?

Əgər valideynlər boşanarkən uşaqlar üçün saziş imzalayırsa, tərəflərin razılaşdığı məbləğin ödənilməsi kifayətdir. Razılaşma olmadığı halda isə məhkəmə alimenti aşağıdakı qaydada müəyyən edir:

  • 1 uşağa görə – qazancın və ya digər gəlirlərin dörddə biri (¼)
  • 2 uşağa görə – qazancın və ya digər gəlirlərin üçdə biri (⅓)
  • 3 və daha çox uşağa görə – qazancın və ya digər gəlirlərin yarısı (½)

Məhkəmə tərəflərin maddi vəziyyətini və digər xüsusi halları nəzərə alaraq bu nisbətləri artırıb-azalda bilər.

 

Sabit məbləğdə aliment

Bəzi hallarda aliment qazancın müəyyən hissəsi ilə deyil, sabit pul məbləği ilə ödənilə bilər. Bu vəziyyətlərə aşağıdakılar daxildir:

  • aliment ödəyənin rəsmi gəliri olmaması,
  • gəlirin xarici valyutada və ya natura ilə alınması,
  • gəlirin qeyri-sabit olması,
  • uşağın mənafeyinin risk altında qalması.

Məhkəmə bu hallarda sabit məbləğ və ya qarışıq model (həm faiz, həm sabit) tətbiq edə bilər.

 

Birdən çox uşaq olduqda aliment necə müəyyən olunur?

Əgər boşanma zamanı uşaqlar valideynlər arasında bölünürsə (məsələn, bir uşaq anada, digəri atada qalırsa), daha az təminatlı tərəfə aliment ödənilməsi nəzərdə tutulur.

Məhkəmə qərarı zamanı uşağın əvvəlki həyat şəraiti də nəzərə alınır ki, boşanma uşağın sosial rifahına minimum təsir etsin.

 

Aliment ödənilmədikdə hansı tədbirlər görülür?

Əgər aliment ödəməli olan şəxs könüllü şəkildə ödənişdən boyun qaçırırsa:

  • İcra məmuru həmin şəxsin gəlirlərini və əmlakını araşdırır.
  • Könüllü ödəniş üçün mwdd’t t’yin edilir.
  • Ödəniş edilməzsə, məhkəmə qərarı ilə cərimə və ya həbs tədbiri tətbiq oluna bilər.

     

Nəticə

Aliment həm boşanma, həm də nikah dövründə uşaqların rifahını təmin etmək üçün nəzərdə tutulmuş qanuni öhdəlikdir. Məbləğin düzgün müəyyən olunması, uşaqların maraqlarının qorunması və alimentin vaxtında ödənməsi valideynlərin ortaq məsuliyyətidir.

📌 Əgər alimentin hesablanması, ödənilməsi və ya məhkəmə prosesi ilə bağlı suallarınız varsa, hüquqşünas və vəkillərdən ibarət komandamız sizə dəstək olmağa hazırdır. Bizimlə əlaqə saxlayın və aliment məsələsində hüquqlarınızı qoruyun.

Oxşar xəbərlər

Jun 09, 2025

Fərdi sahibkarlıq yoxsa MMC?

Jun 18, 2025

Azərbaycanda addım-addım şirkət qeydiyyatı

Jul 02, 2025

MMC-də Təsis Müqaviləsi: Vacib Hüquqi Məlumatlar

Jul 02, 2025

"Qohumlarla evlilik" qanun dəyişikliyi ilə bağlı açıqlama

Jul 10, 2025

Lisenziya necə almaq olar? - Klinikalar üçün lisenziya alınması

Sep 08, 2025

Peşəkar Vəkil Xidmətləri

Oct 08, 2025

İcarə müqaviləsi necə tərtib edilməlidir?

Nov 18, 2025

Sosial yardım hüququ nədir? Şərtlər və əldə etmə qaydası

Nov 20, 2025

Alimentin hüquqi mahiyyəti və ödənilməsi qaydası

Nov 20, 2025

Boşanma prosesi neçə gün çəkir?

Nov 25, 2025

Vərəsəlik hüququ ilə bağlı əsas qanunlar hansılardır və vərəsəlik necə həyata keçirilir?

Dec 08, 2025

Startaplar üçün Hüquqi Baza Necə Qurulur?

Jan 06, 2026

Azərbaycanda Biznes üçün Lisenziyaların Alınması

Jan 06, 2026

Lisenziya Alarkən Edilən 5 Kritik Səhv

Feb 02, 2026

Vəsiyyətnamə necə tərtib olunur? Vərəsəlik hüququ üzrə tam bələdçi

Feb 04, 2026

Hüquqi şəxsin ləğv edilməsi qaydası və proseduru

Feb 11, 2026

Gömrük Prosedurlarında Hüquqi Dəstəyin Əhəmiyyəti

Feb 16, 2026

Azərbaycanda biznes qurmaq: Xarici investorlar üçün hüquqi məsləhətlər

Feb 17, 2026

Restoran Açmaq Üçün Hansı Sənədlər Lazımdır? – Tam Hüquqi Siyahı

Feb 20, 2026

Şirkətlər üçün Hüquqi Strategiyalar və Vergi Yoxlamaları

Feb 23, 2026

Onlayn Bizneslərdə Şəxsi Məlumatların Emalı: Hansı Qaydalar Mütləqdir?

Feb 24, 2026

Xarici vətəndaşlar Azərbaycanda əmlak ala bilərmi?