Loading...

Blogs

Sep 08, 2025

Peşəkar Vəkil Xidmətləri

Müasir dövrdə hər bir insan tutduğu mövqeyindən və statusundan asılı olmayaraq müxtəlif hüquqi problemlərlə üz-üzə qala bilər. Belə hallarda ən doğru seçim peşəkar vəkil dəstəyinə müraciət etməkdir.

Vəkil yalnız hüquqi biliklərə malik olmaqla kifayətlənmir, həm də analitik düşüncəsi, səbr və əzmi ilə müraciət edən şəxsin probleminin həllinə yönəlmiş addımlar atır. Onun əsas vəzifəsi müştəriyə real vəziyyəti düzgün izah etmək, qanuni yolları göstərmək və etibarlı hüquqi müdafiə təmin etməkdir.

Vəkil Nuridə İbrahimova

Bakı Dövlət Universitetində bakalavr, St. Clements University-də isə magistr təhsili almışdır. Artıq 13 ildir ki, korporativ hüquq sahəsində fəaliyyət göstərir. CSS şirkətinin direktoru olmaqla yanaşı, bir çox nazirlik və dövlət orqanı daxil olmaqla müxtəlif qurumlara hüquqi xidmət göstərir.

Eyni zamanda, CSS Legal Academy-nin təsisçisi və rəhbəridir. Nuridə xanım Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və kommersiya, mülki, ailə, əmək və inzibati hüquq sahələrində təmsilçilik edir.

Vəkil Səma Əhmədova

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və Bakı Dövlət Universitetinin müəllimidir. Hazırda CSS MMC-nin aparıcı hüquqşünası kimi fəaliyyət göstərir. Səma xanım hüquqi biliklərini həm tədris, həm də praktiki işində uğurla tətbiq edərək, peşəkar dəstəyin vacibliyini nümayiş etdirir.

#professional legal services