13.08.2024 tarixli qərarla Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi “T****” MMC barəsində 10,229.44 ABŞ dolları məbləğində valyuta əməliyyatı üzrə inzibati məsuliyyət müəyyən etmiş və 20% cərimə (2,045.88 ABŞ dolları) tətbiq etmişdi.
Komandamızın apellyasiya şikayəti nəticəsində bu qərar tamamilə ləğv edildi və müştəri inzibati məsuliyyətdən azad olundu. Bu, müştərilərimizin hüquqlarını qorumaqda prinsipial mövqeyimizin daha bir sübutudur.