CSS Consulting 2014-cü ildən etibarən hüquq, mühasibatlıq və insan resursları sahələrində müştərilərinə yüksək keyfiyyətli və etibarlı xidmətlər təqdim edir. HR xidmətlərimizə kadr seçimi, işçi qüvvəsinin təminatı və sənədləşmə proseslərinin tam idarə olunması daxildir. Şirkətimiz fəaliyyətini ISO 9001:2015 keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirir və müştəri məmnuniyyətini hər zaman prioritet olaraq qəbul edir. Peşəkar komandamız və sahə üzrə dərin təcrübəmiz sayəsində məqsədimiz, ixtisaslaşdığımız istiqamətlərdə bazar liderlərindən birinə çevrilmək və davamlı inkişafı təmin etməkdir.
XidmətlərimizMüvəfəqiyyətiniz üçün hüquqi dəstək.
Korporativ hüquq üzrə hüquqi şəxslərin qeydiyyatı, ləğvi, birləşməsi və iflas proseslərində tam hüquqi dəstək göstəririk. Təsis müqavilələrinin hazırlanması, filial və nümayəndəliklərin yaradılması, müştərilərin dövlət orqanlarında təmsil olunması xidmətləri mövcuddur. Əqli mülkiyyət hüquqları çərçivəsində patentlərin və əmtəə nişanlarının qeydiyyatı üzrə hüquqi məsləhətlər təqdim edirik.
İşçi qüvvəsinin idarə olunması və inkişafı üçün risklərin müəyyənləşdirilməsi, sosial sığorta və əmək qanunvericiliyinə uyğunluq xidmətləri təqdim edirik. Peşəkar təlimlər və karyera inkişafı üzrə məsləhətlər işçilərin motivasiyasını artırır və təşkilatın effektivliyini yüksəldir.
Maliyyə hesabatlarının hazırlanması, vergi bəyannamələrinin tərtibi və daxili audit xidmətləri göstəririk. İşçilərin əmək haqlarının hesablanması və ödənişlərin düzgün həyata keçirilməsi də peşəkar şəkildə təmin edilir.
Müştərilərimizə maliyyə vəziyyətinin təhlili, büdcə planlaşdırılması və investisiya strategiyalarının hazırlanması sahəsində dəstək veririk. Vergi planlaması və maliyyə risklərinin idarə olunması üzrə məsləhətlərimizlə biznesinizin dayanıqlığını artırırıq.
Təşkilatın və işçilərin təlim ehtiyaclarını araşdırır, uyğun proqramlar hazırlayırıq. Karyera inkişafına dəstək və peşəkar bacarıqların artırılması üçün məsləhətlər veririk. Eyni zamanda, dövlət satınalmaları üzrə hüquqi məsləhətlər və prosesin effektiv idarə olunması xidmətləri təqdim olunur.
Azərbaycan Respublikasında biznesə başlamağın ən yayılmış formalarından biri Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaratmaqdır. Aşağıda MMC qeydiyyatının bütün mərhələləri sadə və aydın şəkildə izah olunur.